Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında iyulun 2-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 23-24, gündüz 29-31 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah bəzi yerlərdə şimşək çağacaq, arabir yağış yağacaq. Leysan xarakterli olacaq, dolu düşəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.


Xəbər 324 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR