Bakının mərkəzi yollarında hazırki vəziyyət

Bakının mərkəzi yollarında hazırki vəziyyət

Paytaxtın biz sıra küçə və prospektlərində tıxac var.

Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA)  verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt şossesində, eləcə də paytaxtın Azadlıq prospekti, Nəsibbəy Yusifbəyli, Koroğlu Rəhimov, Akademik Həsən Əliyev, Əhmədbəy Ağaoğlu, Şeyx Şamil, Şövkət Məmmədova və Əcəmi Naxçıvani küçələrində fasilələrlə nəqliyyatın sıxlığı müşahidə olunur.

Bunu nəzərə alaraq deyilən istiqamətlərdə hərəkətdə olan sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Qeyd edək ki, Bakı-Sumqayıt şossesi, eləcə də Azadlıq prospektləri, Koroğlu Rəhimov və Akademik Həsən Əliyev küçələri ümumiyyətlə, nəqliyyatın ən çox sıxlığının müşahidə edildiyi yollardandır.

Xəbər 274 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR