Qızıl və avro bahalaşdı

Qızıl və avro bahalaşdı

Martın 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,40% bahalaşaraq 17 073,95 bənd, S&P 500 0,09% artaraq 2 001,76 bənd, Nasdaq isə 0,19% geriləyərək 4 708,25 bənd təşkil edib.

Aktual.az report-a istinadən bildirir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,27% ucuzlaşaraq 6182,40 bənd, Fransa CAC-40-ı 0,32% azalaraq 4442,29 bənd, Almaniya DAX-ı isə 0,46% geriləyərək 9778,93 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 10,15 dollar, yaxud 0,81% bahalaşaraq 1269,10 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1020 (+0,14%) təşkil edib

Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR