İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı

Prezident sərəncam imzaladı.

Prezident İlham Əliyev “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2015-ci il 29 dekabr tarixli 88-VQD nömrəli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, qanuna aşağıdakı məzmunda 40-5-ci maddə əlavə edilir:

“Maddə 40-5. Avtomobil yollarında piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsinə dair tələblər Avtomobil yollarında piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsinə dair tələblər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-1-ci maddəsinə uyğun olmalıdır.”.

Qeyd edək ki, qanunun 9-1-ci maddəsində qeyd olunur ki, avtomobil yollarında piyada keçidləri təhsil, səhiyyə, iri ticarət (xidmət, istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır.

Avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlər arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcıları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır.

Aktual.az

Xəbər 640 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR