Sabaha olan hava proqnozu -Yağış yağacaq

Sabaha olan hava proqnozu  -Yağış yağacaq

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,  arabir tutulacağı,  gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Axşam isə yağış yağacağı ehtimalı var, mülayim şimal-qərb küləyi gündüz güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturu gecə 5-7dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən  bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə, gündüz 8-13 dərəcə, dağlıq rayonlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 2-7 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq.

Yanvarın 20-də Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi, xəzri küləyinin güclənilməsi gözlənilir ki, bu da meeohəssas insanlar üçün əsasən əlverişsiz olsa da  sonrakı iki gündə meteoloji amillərin zəif və mülayim tərəddüdü müsbət amildir.

Xəbər 396 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR