Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 30-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər zəif duman olacağı, axşama doğru isə yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskinli olacağı, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq yağış, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Dekabrın 30-u axşamdan yanvarın 03-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü xəzri küləyi fonunda havanın temperaturunun 10 dərəcəyədək aşağı enəcəyi, havanın yağıntılı olacağı gözlənilir. Belə küləkli, soyuq diskomfortlu və yağıntılı hava şəraiti əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir.

Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR