Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Noyabrın 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 10-14 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarda yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 4-8 dərəcə, gündüz 11-16 dərəcə, dağlıq rayonlarda gecə 1-6 şaxta, gündüz 6-11dərəcə isti olacaq.

Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR