Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, noyabrın 18-də gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gecə arabir güclənəcək. Günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 6-9, gündüz 9-12 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, noyabrın 17-si günün ikinci yarısından noyabrın 18-i günün ikinci yarısınadək Abşeron yarımadasında atmosfer təzyiqi qısa müddətə xeyli artması güclü xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişli olsa da, sonrakı iki gündə meteoroloji amillərin zəif və mülayim tərəddüdü müsbət amildir.

Xəbər 494 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR