Dollar bahalaşdı

Dollar bahalaşdı

Bu gün noyabrın 6-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 10-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 6-sı ilə müqayisədə 0,0003 manat və ya 0,3% artaraq 1,0501 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0143 manat və ya 1,25% azalaraq 1,1281 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,81% azalaraq 0,0163 manat səviyyəsində qərarlaşıb.

Xəbər 605 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR