İlham Əliyevin səfəri başa çatdı

İlham Əliyevin səfəri başa çatdı

Qazaxıstan respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işgüzar səfəri ötən gecə başa çatıb.

Aktual.az xəbər verir ki, Astana şəhərinin hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb dövlət başçımız Qazaxıstan rəsmiləri tərəfindən yola salınıb.

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammitində iştirak etmək üçün sentyabrın 10-da Qazaxıstan Respublikasına işgüzar səfər etmişdi.

Prezident İlham Əliyev səfəri çərçivəsində Qazax xanlığının 550 illik yubileyi münasibətilə Astanadaki Müstəqillik sarayında keçirilən təntənəli mərasimdə iştirak edib.

Bundan sonra Azərbaycan prezidenti İlham Əliyev ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin görüşü keçirilib. Ev sahibi prezident İlham Əliyevə Qazax xanlığının yaranmasının 550 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə iştirak etdiyi üçün təşəkkürünü bildirib.

Prezident İlham Əliyev daha sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində çıxış edərək Dağlıq Qarabağ münaqişəsindən və sammitdə qəbul olunan bəyannamədən danışıb. (ans)

Xəbər 626 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR