Azərbaycanda 29 min nəfərə rəsmi işsiz statusu verilib

Azərbaycanda 29 min nəfərə rəsmi işsiz statusu verilib

Bu il martın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4847,6 min nəfər olub, onlardan 4610,2 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

 

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1511,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 881,6 min nəfər, qeyri-dövlət bölməsində isə 629,8 min nəfər təşkil edib.

 

İqtisadiyyatın neft sektorunda 36,2 min nəfər, qeyri-neft sektorunda isə 1475,2 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək

fəaliyyəti ilə məşğul olanlar 1467,3 min nəfər təşkil edib. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,6%-i məhsul istehsalı sahələrində, onlardan 7,2%-i  tikintidə, 6,6%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və

balıqçılıq sahəsində, 2,4%-i mədənçıxarma sənayesində, 1,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olublar.

 

Xidmət sahəsində çalışanların 22,3%-i təhsil, 18,7%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 2,0%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.

 

Bu il martın 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,0 min nəfər olub, onların 39,2%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 259,9 manat olub.


Xəbər 592 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR