“20-yə yaxın gömrük əməkdaşına qarşı cinayət işi açılıb” – Aydın Əliyev

“20-yə yaxın gömrük əməkdaşına qarşı cinayət işi açılıb” – Aydın Əliyev

Azərbaycanda ötən il 20-yə yaxın gömrük əməkdaşına qarşı cinayət işi açılıb.

"Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
"Onlardan 10 nəfəri ilə bağlı birbaşa prokurorluq orqanlarına şikayət olunub, digər 7 nəfərlə bağlı isə Komitənin daxilindəki İstintaq İdarəsində araşdırma aparılıb”, – DGK sədri bildirib.
Bununla yanaşı, A.Əliyev əlavə edib ki, hesabat ilində Apellyasiya Şurasına gömrükdən şikayət daxil olmayıb, 2 770 kq-dan çox narkotik maddə və psixotrop maddələr aşkar olunub.
 
Aktual.az
Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR