20 yaşlı gənc lotereyada 451 milyon dollar uddu

20 yaşlı gənc lotereyada 451 milyon dollar uddu

ABŞ-ın Florida ştatının sakini "Mega Millions” lotereyasında 451 milyon dollar məbləğində cek-pota sahib olub.

AzVision.az TASS-a istinadən xəbər verir ki, lotereyanın qalibi Port-Riçi şəhərindən olan 20 yaşlı Şeyn Misslerdir. 

O, uduşunu bütünlüklə dərhal götürmək istəyib. "Mega Millions”un qaydalarına görə, hazırda ona məbləğin ancaq bir hissəsi - 282,8 milyon dollar verilə bilər. Cek-potun tam məbləği isə ancaq 30 il ərzində hissə-hissə ödənilir.

Böyük sərtəvə sahib olan Şeyn Missler işdən çıxmaq və Port-Riçidən köçmək fikrindədir.
 
Aktual.az
Xəbər 1141 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR