2 həkim uşaq ölümünə görə işdən qovulub

2 həkim uşaq ölümünə görə işdən qovulub

"Səhiyyə Nazirliyində həkim səhlənkarlığı nəticəsində uşaq ölümləri ilə bağlı məsələ müzakirə olunub. Nəticədə uşaq ölümündə təqsirli bilinən 2 həkim işdən çıxarılıb, digərlərinə töhmət verilib".

Aktual.az xəbər verir ki, bunu azvision.az-a Səhiyyə Nazirliyinin baş pediatrı, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib. O qeyd edib ki, həkim səhlənkarlığı nəticəsində uşaqların ölüm hallarına çox az hallarda rast gəlinir.

"Həkimlər bəzən səhvə yol verirlər. Çox az hallarda nöqsanlar aşkar olunur. Ağcabədi rayonunun Kürdlər kəndində yaşayan bir uşağın səhv müayinə olunması ilə bağlı Səhiyyə Nazirliyinin komissiyasında müzakirə keçirildi. Komissiyada baş verən uşaq ölümlərinin hər biri müzakirədən keçirilir və müvafiq olaraq tədbirlər görülür. Bir neçə ay bundan əvvəl təcili tibbi yardımın xidməti həkimi uşaq ölümündəki səhvinə görə işdən azad edilib. Həmçinin Ağcabədidə uşaq ölümündə ittiham olunan sahə həkimi vəzifəsindən azad edilib, bir neçə nəfər töhmət alıb".
 

Aktual.az

Xəbər 562 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR