18 yaşlı qızın intiharının təfərrüatı: “Sürəyya qoymadı ki, barmağına nişan üzüyü salınsın”

18 yaşlı qızın intiharının təfərrüatı: “Sürəyya qoymadı ki, barmağına nişan üzüyü salınsın”

Qaxda 18 yaşlı qızın intiharının bəzi səbəbləri məlum olub.

Rayonun Üzümlü kənd sakinlərinin AzNews.az-a açıqlamasında bildirib ki, həmin günü Sürəyya Əbdürrəhmanovaya həmin günü nişan gələcəkmiş: "Hadisə dünən baş verib. Sürrəyaya nişan gələcəkdi. Amma o, nişandan əvvəl özünü asıb. Bu xəbər kənddə hamını şoka salıb. Sürəyyanın səhhətində heç bir problem yoxdur. Özü də onun hələ mart ayında 18 yaşı olacaqdı. Atası çox zəhmətkeş insandır. 3 qızı, bir oğlu var. Qızlarının ikisini köçürdüb, üçüncünü də nişanlamaq istəyirdi. Amma Sürəyya buna imkan vermədi, qoymadı ki, barmağına nişan üzüyü salınsın. Bizdə kənd camaatı müasirdir, qız kimisə sevməsə onu məcbur verməzlər. Əgər belə bir şey olsa sensasiya olar. Biz deyirik ki, belə bir şey olmaz”.
Qeyd edək ki, Qaxda intihar hadisəsi baş verib.
Rayonun Üzümlü kənd sakini, 18 yaşlı Sürəyya Əhməd qızı Əbdürrəhmanovanın meyiti yaşadığı evin həyətində yerləşən tövlədə asılmış vəziyyətdə aşkar edilib.

Aktual.az
Xəbər 1053 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR