17 yaşlı oğlan qəflətən öldü

17 yaşlı oğlan qəflətən öldü

Şəkiyə qonaq gedən 17 yaşlı oğlan müəmmalı şəkildə ölüb.

Aktual.az Apa-ya istinadən xəbər verir kİ, iyunun 25-i axşam saat 21:30 radələrində Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Fətəli Əliyev ağır vəziyyətdə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyən Fətəli Əliyevin vəfat etdiyi məlum olub.

Məlumatda bildirilir ki, F. Əliyev anası ilə birlikdə bir-neçə gün əvvəl Şəkinin Bolludərə kəndinə, kənd sakinlərindən birinin evinə qonaq gəlib.

Ölümün səbəbini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
 

Aktual.az 

Xəbər 477 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR