16 yaşlı gənc özünü 5-ci mərtəbədən atdı - Bakıda

16 yaşlı gənc özünü 5-ci mərtəbədən atdı - Bakıda

Bakının Xəzər rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, Binə qəsəbəsində yerləşən binalardan birinin 5-ci mərtəbəsində yaşayan 16 yaşlı gənc (hələlik adı açıqlanmır) özünü yuxarıdan yerə atıb.

Nəticədə o, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin baş verdiyi əraziyə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Gəncin yaxınları onun intihar etmək istədiyini bildirsələr də, polis əməkdaşları oğlanın yıxıldığını ehtimal edirlər.
 
Aktual.az
Xəbər 461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR