"155" vahid çağrı mərkəzinin istifadəyə veriləcəyi TARİX açlıqlandı


"155" vahid çağrı mərkəzi xidməti istifadəyə tam hazırdır.

Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.
Müsahibin sözlərinə görə, indi xidmətin işə salınması üçün hazırlıq işləri aparılır.

Bildirilib ki, xidmət Novruz bayramınadək ictmaiyyətə təqdim olunacaq: "155 vahid çağrı mərkəzi işə salınmazdan əvvəl yekun sınaqdan keçiriləcək. Mərkəz ilk növbədə "Baktelekom” MMC, "Aztelekom” və Elektron Hesablayıcı Mərkəzin abonentlərinin müraciətlərini qəbul edəcək”.
Perspektivdə Call-mərkəzə müştərilərlə iş üzrə mərkəzlərə malik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinin qoşulması da nəzərdə tutulur.
Qeyd olunur ki, söhbət istənilən strukturun qoşula biləcəyi mərkəzləşdirilmiş sistemin yaradılmasından gedir. Bildirilir ki, vətəndaşların onları maraqlandıran suallara vahid nömrədən cavab ala bilməsi rentabelli olardı. Həmçinin bu təkcə rabitə xidmətləri ilə bağlı deyil, həm də su təchizatı, elektrik təchizatı ilə bağlı ola bilər.
Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR