15 yaşlı oğlan faciəli şəkildə həlak oldu

15 yaşlı oğlan faciəli şəkildə həlak oldu

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə Ərkivan qəsəbəsində, "Ərkivan dairəsi" deyilən ərazidə qeydə alınıb.
 
Sürücüsünün kimliyi məlum olmayan 44 BD 497 dövlət nömrə nişanlı, "VAZ 21011" markalı avtomobil idarəetmənin itməsi səbəbindən yolun kənarındakı maneəyə çırpılıb.
 
Avtomobildə olan sərnişin, sürücünün qohumu olduğu bildirilən, 2002-ci il təvəllüdlü Gözəlov Elşad Elşən oğlu ağır xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa  da, onu xilas etmək mümkün olmayıb.
 
Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az 
Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR