121 korrupsiya cinayəti işi üzrə ibtidai istintaq aparılır

121 korrupsiya cinayəti işi üzrə ibtidai istintaq aparılır

Hazırda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 121 cinayət işi üzrə ibtidai istintaqın aparılması həyata keçirilir.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə bunu Baş prokurorun müavini, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, bu ilin dörd ayı müddətində Baş İdarə tərəfindən 50 cinayət işi 55 şəxs barəsində istintaq olunub və məhkəmələrə verilib.
Onun sözlərinə görə, həmçinin vətəndaşların, dövlət qurumlarının müraciətləri var:
"Bunlarla da bağlı ilkin, yəni cinayət işi başlanana qədər olan araşdırmalar və qabaqlayıcı tədbirlərin keçirilməsi həyata keçirilir”.
 
Aktual.az 
Xəbər 328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR