11 bank üzrə 739 milyon manatdan artıq kompensasiya ödənilib

11 bank üzrə 739 milyon manatdan artıq kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan bankların qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Aktual.az fonda istinadən xəbər verir ki, iyulun 4-nə "Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 mln. 222 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5%-i), "Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 63 mln. 951 min manat (ümumi kompensasiya öhdəliyinin 88%-i),
"Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və "Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 87 min manat (ümumi kompensasiya öhdəliyinin 98,7%-dən çox) kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 138 mln. 31 min manatdan artıq kompensasiya verilib.

"Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 350 min manat (ümumi kompensasiya öhdəliyinin 98,2%-dən), "Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2 mln. 4 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 96%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 354 min manatdan artıq kompensasiya ödənilib.

"Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 437 mln. 510 min manat kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99,2%-i əmanətçilərə ödənilib.

"Yunayted Kredit Bank” ASC-də qorunan əmanətlər 1 mln. 807 min manatdan artıq və (86,1%) manatı artıq kompensasiya edilib.

Ləğv prosesində olan banklar

Ləğv prosesində olan "Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın əmanətçilərinə 24 mln. 191 min (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.

"Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 4 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya verilib.

Ləğv prosesində olan "Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. 12 fevral 2017-ci il tarixədək "Texnikabank”ın qorunan əmanətçilərinə 120 mln. 458 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 739 milyon 327 min manatdan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, Maliyyə Sabitliyi Şurasının müvafiq qərarına uyğun olaraq lisenziyası ləğv edilmiş 11 bank üzrə əmanətçilərin qorunan əmanətlərinin 100% ödənilməsi üçün fondun nizamnamə kapitalının 546 mln. manat artırılması ilə bağlı dövlət büdcəsinin xərc hissəsinə dəyişiklik edilib.
 
Aktual.az
Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR