10 il əvvəl Türkiyədə adam öldürən şəxs Bakıda tutuldu

10 il əvvəl Türkiyədə adam öldürən şəxs Bakıda tutuldu

Bakıda həbs edilən və Türkiyədə 10 il əvvəl adam öldürməyə cəhd edən Hasan Təkbıçağın öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı qərar qəbul edilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə Hasan Təkbıçaq barəsində polis nəzarətində qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından həbs edilib. Onun Türkiyəyə ekstaradisiya edilməsi barədə qərar qəbul edilib.
Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsi, Binəqədi rayon Polis İdarəsi və digər hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə keçirilən əməliyyat zamanı Türkiyə Respublikasının axtarışa verdiyi 1956-cı il təvəllüdlü Hasan Hüsnü Tekbıçak tutulub.
İttihama görə, tutulan şəxs Türkiyədə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinir və məhkəmə qərarı ilə axtarışa verilib. Onun Azərbaycanda olması müəyyən ediləndən sonra Türkiyə tərəfi Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edib.
 
Aktual.az
Xəbər 471 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR