"05"lə "06" toqquşdu: yaralanan var


Bu gün səhər saatlarında Qaraməryəm - İsmayıllı - Şəki avtomobil yolunun 117-ci kilometrliyində yol qəzası baş verib. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Oğuz rayon sakini Məmmədov Əziz Həsrət oğlu "VAZ 2106" markalı 48-BA-082 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Cəbrayıl rayon sakini Mustafayev Murad Salman oğluna məxsus 50-CT-991 dövlət nömrə nişanlı "VAZ 21015" markalı avtomobillə toqquşub.

Zərbə nəticəsində "VAZ 21015" yoldan çıxaraq aşıb, Əziz Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zərərçəkənin vəziyyəti kafi qiymətləndirilir.

/ Aktual.az

Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR